Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2020

Türkiyə Suriyada ikinci bazasından da çıxarılır

Suriya müxalifətinə aid mənbələr bildiriblər ki, Türkiyə Suriyanın şimal-qərbindəki ikinci bazasından da çıxır. Bu xəbəri Türkiyənin məlumatlı mənbələri də təsdiq edib.
“Rusiya əl-Yəvm” qəzetinin yazdığına görə, Türkiyə qüvvələri Suriya dövlət qüvvələrinin nəzarəti altında olan bölgədən üsyançı qüvvələrin nəzarətində olan bir bölgəyə köçür.
Ankaranın dəstəyi altında olan yaraqlı dəstələrə aid bir mənbə bildirib ki, bazar ertəsi gecə saatlarında Türkiyəyə aid yük maşınları Homada Şirməğar müşahidə postuna daxil olublar. Şirməğardan çıxacaq qüvvələr İdlibdə üsyançıların nəzarətində olan Qoqfin kəndində yerləşəcək.
Türkiyənin məlumatlı mənbələrindən biri də deyib ki, ötən il Suriya dövlət qüvvələrinin nəzarətinə keçmiş məntəqələr əlavə müşahidə postları sayılır və Türkiyə qüvvələri həmin postlardan çıxmağa hazırlaşır.
Türkiyə qüvvələri 2 noyabrda Homanın şimalında yerləşən Murak bazasını da tamamilə tərk etmişdir. Ötən həftənin çərşənbə günü isə onun Şirməğar müşahidə postundan da geri çəkiləcəyi deyilmişdi.
524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP