Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2020

Suriya ordusu ilə İdlibdəki terrorçular arasında şiddətli döyüş olub

Dünən axşam gecənin axırından səhərə kimi Suriya ordusu ilə İdlibin cənubunda yerləşmiş terrorçular arasında şiddətli döyüşlər olub.
“Sputnik”-in Suriya mənbələrinə istinadən verdiyi xəbərə görə, dünən gecədən səhərə kimi bu ölkə ordusu İdlibdə yerləşən terrorçularla vuruşub. Şiddətli döyüş əsasən Cəbəluz-Zaviyə bölgəsinin Əl-Futeyrə məntəqəsində baş verib.
Suriya mənbələri bu döyüşlərdə çoxlu sayda terrorçunun məhv edildiyini bildiriblər.
Bu mənbələr Kədurə istiqamətində də Suriya ordusu və terrorçular arasında qarşıdurma olduğunu xəbər veriblər.
Eyni zamanda müxalifətə aid mənbələr terrorçu qrupların İdlibin cənubunda Kəfəruma və Has məntəqələrində Suriya ordusunu atəşə tutduğunu yazıb.
291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP