Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2020

Xətibzadə Anadolu müxbirinin ağzından vurdu

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Anadolu müxbirini şaiyə yaymağı dayandırmağa çağırıb.
İran XİN-nin mətbuat katibi Səid Xətibzadə öz həftəlik mətbuat konfransında jurnalistlərin İran və beynəlxalq aləmdəki hadisələr barədə suallarını cavablandırıb.

Türkiyənin “Anadolu” rəsmi xəbər agentliyinin müxbiri Xətibzadəyə qərəzli sual verib. O, Azərbaycan Respublikası prezidentinin İranla sərhədləri ziyarət edərkən film və şəkil çəkilməsi və bu işin Sepah əsgərlərindən biri tərəfindən edilməsi barədə şayiə yayılması haqda soruşub. 

Maraqlıdır ki, Anadolu müxbiri özü bu işi şayiə adlandırır, amma yenə də ictimai rəydə çaşqınlıq yaratmaq üçün onu sual olaraq verməyə çalışır.

S. Xətibzadə “Anadolu” müxbirinə deyib: “Mən bu şayiəni ilk dəfə “Anadolu”da gördüm. Sən “Anadolu” əməkdaşısan və sən deməlisən ki, bu şayiəni hansı mənbəyə istinad edib yaymısınız? Azərbaycan Respublikası Prezidenti də Azərbaycanın digər vətəndaşları kimi hörmətli və bizim yaxın dostlarımızdandır. Bu kimi qərəzli suallar və şayiə yaymaqların yeri və alıcısı yoxdur. Mən bilmirəm, sən İranın silahlı qüvvələrindən birinin bu işi etdiyini haradan deyirsən? Ya sən o silahlı qüvvələrin arasında olmusan, ya da təəssüflə deməliyəm ki, narahatlıqla bu şayiələri düzəldirsiniz. Bu işdən əl çəkin, bu iş yaxşı deyil. Türkiyə, İran və Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasındadır. İcazə verin bu münasibətlər davam etsin.”
Anadolu qəzeti dəfələrlə İran və Azərbaycan arasındakı münasibətlərə xələl gətirə biləcək şayiələr nəşr etmişdir.
370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP