Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2020

Yəmən ordusu Ərəbistanın “Aramco” neft təsisatını vurdu

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Ərəbistanın Aramco neft təsisatına qarşı uğurlu əməliyyat barədə açıqlama verib.
Yəhya Sərii deyib: “Yəmən ordusunun raket briqadası “Quds-2” idarəolunan raketi ilə Ərəbistanın Aramco neft təsisatının paylayıcı stansiyasını vurub.”
Y. Səri əlavə edib ki, bu raketlər son vaxtlar Ərəbistanın daxilində uğurla əməli sınaqdan keçdikdən sonra artıq ikinci xidmət fazasına daxil olub.
Mətbuat katibi qeyd edib ki, raketin sınaq mərhələsində Ərəbistanın vurulduğu yerlərin adı hələ elan ediməyib.
Y. Sərii bu əməliyyatın Yəmənə qarşı təcavüz və mühasirəyə cavab olaraq həyata keçdiyini və bu haqda bir neçə gün əvvəl xəbərdarlıq edildiyini vurğulayıb.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Ərəbistandakı xarici vətəndaşlara və xarici şirkətlərə müraciət edərək deyib: “Yəmən ordusunun əməliyyatları davam edəcək və tövsiyə edirik ki, Ərəbistandakı həyati təsisatlardan uzaq dayanasız. Çünki bu təsisatlar Yəmən ordusunun hədəfindədir.”
321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP