Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2020

Türkiyə Vətən Partiyasının sədri: Möhsin Fəxrizadə bizim hamımızın şəhididir

Dünən İranın Müdafiə Nazirliyi nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadə terror edilib.

Bu terror hadisəsini pisləyən və İrana başsağlığı verənlər arasında Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək də vardır. D. Perinçək bu münasibətlə Ali Məqamlı Rəhbərə başsağlığı verib. Onun müraciətində deyilir:

İran İslam İnqilabının Rəhbəri, Ayətullah Seyid Əli Xamenei

Kədər dolu qəlblə qardaş İran İslam Respublikası Müdafiə Nazirliyinin tədqiqat və innovasiya təşkilatının rəhbəri və nüvə alimi Möhsin Fəxrizadənin şəhadət xəbərini aldıq. Bu cinayət terror aktıdır, İsrail və Qərbi Asiyada, Qafqazda və dünyanın digər yerlərində çökməkdə olan Amerika imperializminin çarəsizliyini əks etdirir. Bu terror əməlini bərk pisləyirik.

Doktor Möhsin Fəxrizadə bizim hamımızın şəhididir. Onun Amerika imperializmi və İsrail terrorizmi qarşısında fədakarlıqla apardığı mübarizə bizim hamımız üçün örnəkdir. Onun şəhadəti imperializm və sionizmlə mübarizə aparmaq, habelə İran dövləti və xalqı ilə həmrəy olmaq üçün bizim iradəmizi daha da möhkəmləndirir. Türkiyə xalqı və Vətən Partiyası adından özümü İran İslam Respublikasının xalqı və dövlətinin qəminə şərik bilirəm və bu hadisə münasibətilə başsağlığı verirəm.

Qeyd edək ki, Avropa İttifaqı, BMT, Qətər, Suriya, Venesuela, Kuba, Belçika, Yəmən də olmaqla bir çox ölkə, təşkilat, hərəkat və tanınmış şəxsiyyətlər bu terroru pisləyiblər və İrana başsağlığı veriblər.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP