Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2020

Livanda Ərəbistan vəliəhdinin şəkilləri yandırıldı

Bu gün (çərşənbə) Livanın şimalında yerləşən “Əl-Bədavi” Fələstin düşərgəsində Fələstin xalqı ilə həmrəylik aksiyası keçirilib. Düşərgədə keçirilən bu aksiyada ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmasına da etiraz edilib.
Bu barədə xəbər verən “Əl-Əhd” qəzeti aksiyada Ərəbistan vəliəhdi Məhəmməd ibn Salmanın şəkillərinin yandırıldığını bildirib. Onunla yanaşı ABŞ prezidenti Donald Tramp və sionist rejiminin baş naziri Benyamin Netanyahunun da şəkilləri yandırılıb.
Ötən həftə sionist mənbələri bu rejimin baş naziri Netanyahunun Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanla görüşdüyünü xəbər verdilər.
218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP