Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2020

Türkiyəli ekspert İranı belə müdafiə etdi-Video

İsrail terrorçu bir rejimdir, İran isə əsil və kökə sahib bir ölkədir!

Türkiyəli ekspert İranın Müdafiə Nazirliyinin tədqiqat və innovasiya təşkilatının rəhbəri və nüvə alimi Möhsin Fəxrizadənin terror edilməsi ilə bağlı televiziyaya müsahibəsində deyib:

“Möhsin Fəxrizadə İranın görkəmli alimi və Müdafiə Nazirliyinin önəmli rəhbərlərindən biri idi. O, İran-İraq müharibəsində də bir əsgər kimi iştirak etmişdi. Bu terror ona qarşı edilən ikinci sui-qəsd hadisəsi idi. Birinci sui-qəsd uğursuz olmuşdu. Burada İranın kəşfiyyatı zəiflik göstərmişdir. Çünki Netanyahu iki dəfə onun (Möhsin Fəxrizadənin) adını çəkmişdi. O, İranda nüvə proqramının rəhbəri kimi tanınırdı. İsrail Yaxın Şərqdə tam bir terrorçu rejimdir. Tamamilə terrorçu bir rejimdir! Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə yalnız İranın nüvə proqramı təsdiq edilmişdir, lakin yenə də onunla belə müharibə aparırlar. Baxın! İsrail, Amerika, Fransa və İngiltərə nüvə silahına yiyələnə bilər, amma İran yox. Nə üçün İranın olmasın? Səbəb nədir? Rusiya və Çin də nüvə silahı hazırlamışdır. Çünki ikinci dünya müharibəsindən və Naqazakiyə hücumdan sonra onlar nüvə silahı hazırlamağa başladılar. Əziz tamaşacılar, diqqət edin. Dünyada tarix boyu bəşəriyyət əleyhinə nüvə silahından, yəni həmin atom bombasından istifadə edən ölkə yalnız Amerika olmuşdur.”

Aparıcının “Türkiyədə də nüvə silahı varmı” deyə verdiyi sualı ekspert belə cavablandırıb:
“Bəli, vardır. Türkiyədə Amerika bazalarında nüvə silahları vardır. Amma bu yalnız amerikalıların əlindədir və türklər ora girə bilməz. 

İsrail avropalıların günahlarının ödənilmiş kəffarəsidir. Bu kəffarə Avropada yəhudilər əleyhinə həyata keçmiş soyqırım bərabərində verilmişdir. İsrail, beynəlxalq kapitalizm sisteminin Yaxın Şərqin qəlbinə sancdığı xəncərdir. Olay budur. Bir məsələni qeyd edim. Sözsüz, hər yəhudi ilə düşmən olmamalıyıq. Çünki sionizm bir dini faşizm ideologiyasıdır, amma həzrət Musanın (ə) yəhudi dini və şəriəti sionizm təfəkkürünə qarşıdır. İsrail rejimi tam bir terror rejimidir. Orada (İranda) sivil bir müdir, nüvə hərbi proqramının başında ikən İsrail başqa bir ölkədə terror hadisəsi törədir. 

Baxın, İran bölgədəki ölkələrin heç biri kimi deyil. İran Türkiyəni hissə-hissə alan Qətər kimi deyil. İndi də İstanbulun səhminin 10 faizini Qətərə satıblar. İran əmirliklərdən ibarət qondarma bir ölkə deyil. Əsla, ailə hökuməti də deyil. İran əsil və kökə sahib bir ölkədir. İran fəlsəfi ənənələrə sahibdir və fəlsəfə ilə qırılmaz bağlara malik İslam dünyasının unikal ölkələrdəndir. Orada şiə İslamına söykənən bir hökumət hakimiyyətdədir. Eyni zamanda ərəb ölkələrinin tam əksinə olaraq regionda imperializə qarşı mübarizə aparır. Elə bu səbəbdən də İrana hücum edirlər. İran qondarma bir dövlət deyil. Terrora cavab verəcək. (İran rəsmiləri) Cavab verəcəklərini və bunun (alimin terror edilməsinin) əvəzini çıxacaqlarını dedilər. Əmin olun ki, bunun əvəzini çıxacaqlar.”


204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP