Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2020

NATO Belarusun qərb torpaqlarını... - Lukaşenko

Bir sıra dövlətlərin ətrafında olan rəngli inqilablar "rəngli inqilab" deyil. Biz bunu Belarusda gördük. Bu, adi qiyamdır.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında deyib.

“Bu gün nə bizdə, nə də sizdə heç bir inqilabçı yoxdur. İnqilabçı adlananların hamısı yaxşı və başqalarının hesabına yaşamaq istəyənlərdir. Və onlarla öz dillərində danışmağa başladıqda qısa müddətdə inqilabçıdan siyasi mühacirə çevrilirlər”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, hazırda NATO-da Belarusun qərb torpaqlarının işğalı üçün hərbi qruplaşma yaradılır:

“Deyin, buna necə reaksiya vermək olar? Qərb bir vaxtlar Avropa Birliyi ilə Rusiya arasında sanitar kəmər yaratmaq istəyirdi. Sovet İttifaqının dağılmasından sonra onların ortaya atdıqları bu ideya həyata keçmədi. Rusiya Prezidenti ilə biz bunu yaxşı başa düşürük. Onlar artıq açıq deyirlər ki, Belarusdakı hadisələr Rusiyaya təzyiq üçün yaxşı tramplindir”.
226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP