Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2020

İranda qadın polisə zəng edib düyü kababı istədi - Polis eyhamı necə başa düşdü?

İranda Şiraz şəhərindən olan qadın 110-a zəng edərək üzləşdiyi problemi xüsusi üsulla polisə çatdırıb və kömək istəyib.
Şirazlı qadın 110-a zəng edib deyir:
- Salam, bağışlayın, düyü kababı istəyirəm. Yanında su da olsun.
Zəngə cavab verən istifadəçi deyir:
- Siz 110-a zəng etmisiniz və düyü kababı istəyirsiniz?
Şirazlı xanım: - Bəli, bəli! Dünəndən indiyə kimi heç bir şey yeməmişəm və acam.
Polis: - Siz danışa bilmirsiniz? Sizin yanınızda başqa bir adam varmı?
Qadın: - Bəli, bəli.
Bu an 110 istifadəçisi məsələni başa düşür və ondan soruşur:
- Aydındır, zəhmət olmasa, ünvanınızı deyin.
Qadın ünvanı polisə deyir.
Polis yenidən soruşur: - Xanım, neçə nəfərdirlər? Rəqəmlə deyin. Soyuq silahları var, ya isti?
Belə cavab eşidir: - Yox, yox. Mən çox acam, təkcə tez göndərin.
Polis: - Yaxşı. Gözləyin.
Məlumat yerli polis bölməsinə elan edilir. Polis əməkdaşları məsələni araşdırmaq üçün ünvana yollanır. İlk araşdırmadan məlum olur ki, polisə zəng edən qadınla əri arasında mübahisə yaranıb və qadın ərindən qorxduğu üçün bu yolla 110-a zəng edərək polisdən kömək istəyib.
Polis ailədə yaranmış mübahisənin həll olunması üçün məsləhət mərkəzi və sosial məsələlərin həlli mərkəzinin onlara yardım etməsini istəyib.
567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
01.02.21, 10:00
Portağal
30.01.21, 10:54
Ucar sakini intihar edib
Go to TOP