Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2021

İnsanın seçdiyi yol onun mahiyyətini dəyişir

Muxtar insan o kəs kimidir ki, dördyol ayrıcına çatmışdır və hər dörd səmtə gedə bilər. Yolu seçmək onun öz ixtiyarındadır. Bu seçim göstərir ki, o, nə olacaq və hansı mahiyyətə yiyələnəcək. 

Bu dörd yoldan biri heyvanlıq, digəri vəhşilik, bir başqası şeytanlıq, biri də mələk aləmi səmtinə gedir.
Bu yol insanın hərəkət yoludur. Hər hansını seçsə, həmin yol ona aid olacaq. Əgər mələk aləmi səmtinə gedən yolu seçsə, mələk olar. 

Necə ki, Əmirəlmöminin Əli (ə) buyurur: “İffətli insanın mələklərdən bir mələk olması çox yaxındır.” (“Nəhcül-bəlağə”, s. 559)

İnsan əgər heyvanlıq səmtini seçsə, ləzzət, yeyib-içmək və yatmaq yolunu tutsa, heyvanlıq onun vücudunun mahiyyəti olacaq və o vaxt heyvan bir insana çevriləcək.
Əgər yırtıcılıq səmtinə getsə, onun vücudu yırtıcılıq mahiyyətini qəbul edəcək. Bu xislət insanı yırtıcı heyvana çevirir və Qiyamət günü canavar surətində məhşərə gələcək.

Əgər məkr və hiylə yolunu seçsə, şeytan onun vücudunun bir hissəsi olacaq və şeytan bir adama çevriləcək.
Nəhcül-bəlağədə gəlmişdir:

«اتَّخَذُوا الشَّيْطَانَ لِأَمْرِهِمْ مِلَاكاً وَ اتَّخَذَهُمْ لَهُ أَشْرَاكاً، فَبَاضَ وَ فَرَّخَ فِي صُدُورِهِمْ وَ دَبَّ وَ دَرَجَ فِي حُجُورِهِمْ، فَنَظَرَ بِأَعْيُنِهِمْ وَ نَطَقَ بِأَلْسِنَتِهِمْ.»

“Onlar öz işlərində şeytanı örnək etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə yumurta qoyaraq cücə çıxardı və tədricən onlarla təmasda oldu, onların gözləri ilə görür, dilləri ilə danışırdı.” (“Nəhcül-bəlağə”, xütbə 7)

İmam Əlinin (ə) bu kəlamı göstərir ki, insan məkr və hiylə yolunu tutarsa, o qədər tənəzzül edər ki, şeytanla bir olar və şeytan onun vücuduna çevrilər.
Aləmdəki müxtəlif növ mövcudatlar insanın əməllərinin surətlərini nümayiş etdirir. Allah canavarı xəlq etdi ki, insana yırıtıcılığın onu canavara çevirə biləcəyini göstərsin. Donuzu xəlq etdi ki, şəhvətin onu donuza çevirə biləcəyini göstərsin.

Bilməliyik ki, etdiyimiz əməllərin heç biri məhv olmur.
Bizim vücudumuz əkin sahəsidir. Etdiyimiz əməllərlə öz vücudumuzda ya insanlıq, ya da heyvanlıq toxumu əkirik. Əkin sahəmizdə nə əkdiyimizə diqqət etməliyik. Çünki “dünya axirətin əkin yeridir.” Gözəl əxlaqlar toxumu səpsək, Qiyamətdə də insan surətində məhşur olacağıq, rəzilə əxlaqlar toxumu səpsək, Qiyamətdə məhşərə heyvan surətində gələcəyik. Belədirsə, onda vücudumuzun əkin sahəsini qoruyaq ki, ziyanvericilər ona ziyan vurmasın. (Şeyx Əli Füruği, “Furuği-mehr” kitabından)
207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP