Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2021

Sionist rejimindən Suriyaya vəhşi hücum

Sionist rejiminə aid qırıcılar bu gecə (çərşənbə) Bu-Kamal və Deyr əz-Zor əyalətlərində İraq-Suriya sərhədində yerləşən bir neçə məntəqəni bombalayıb.
Hərbi mənbələrdən biri hadisənin gecə saat 01:10 dəqiqədə baş verdiyini bildirib.
İtkilər barədə hələ ki, bir məlumat verilməyib.
Sionist rejimi qırıcıları 6 yanvarada da Suriyaya hücum etmişdi.
Suriya Xarici İşlər Nazirliyi bununla 6 yanvar hücumu ilə bağlı BMT-yə və TŞ-na məktub göndərib. Məktubda bu hücumların Amerika, Türkiyə və onların dəstəklədiyi terrorçu dəstələrlə koordinasiya olunduğu vurğulanıb.
Məktubda qeyd olunur: “Suriya Ərəb Respublikası bir daha vurğulayır ki, İsrailin öz düşmənçilik və təhlükəli yoluna israr etməsi hər biri sevimli Suriyanın bir hissəsini işğal etmiş üç işğalçının: İsrail, Türkiyə və Amerikanın koordinasiya üzrə hərəkət etdiyini sübut edir.”
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP