Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2021

Suriyada 3 Türkiyə hərbçisi öldürülüb

“Əl-Məyadin” televiziya kanalı bu gün (bazar günü) silahlı şəxslərin İdlibdə Türkiyə ordusunun hərbi mərkəzinə hücum etdiyini xəbər verib.
Hərbi mərkəz İdlibin şimalında Babtub qəsəbəsinin yaxınlığında yerləşir. Əldə edilən son xəbərlərə görə, bu hücumda 3 türkiyəli əsgər ölüb. Hücum edənlərin kimliyi barədə hələ ki, bir məlumat yoxdur və Türkiyə rəsmiləri bu xəbərə münasibət bildirməyiblər.
Bu gün səhər saatlarında da naməlum şəxslər həmin hərbi mərkəzə tərəf atəş açıblar və 1 nəfər çavuş yaralanıb.
Hələbin şimalından və Menbecdən verilən xəbərlərə görə isə Türkiyə ordusu kürd silahlılarının mövqelərini artilleriya atəşinə tutub. Menbec hərbi şurası ünsürləri ilə Türkiyənin dəstəklədiyi terrorçular arasında döyüşlər dünən axşamdan başlayıb. Təlafat haqda hələlik bir xəbər verilməyib.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP