Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2021

Amerikanın iki logistik konvoyu hücuma məruz qaldı

“Əl-Məyadin” telekanalının Bağdad müxbirinin verdiyi xəbərə görə, İraqın Nasiriyyə əyalətində Amerikanın başçılıq etdiyi koalisiyaya aid bir konvoy yol qırağında quraşdırılmış bombaların hədəfinə çevrilib.
Telekanal bu xəbərdən bir neçə dəqiqə sonra Amerikaya aid digər bir logistik konvoyun Əl-Səmavə bölgəsində yol qırağındakı bombaların hədəfinə çevrildiyini bildirib.
Qeyd edək ki, ötən il SEPAH Qüds qüvvələrinin komandiri general-leytenant Qasim Süleymani və İraq Həşd-Şəbi komandirinin köməkçisi Əbu Məhdi Mühəndisin Amerika tərəfindən Bağdadda terror edilməsindən sonra İraq Parlamenti xarici hərbi qüvvələrin bu ölkədən çıxması haqda qanun qəbul etdi.
Bununla belə, indiyədək Amerika terrorçuları bu ölkəni tam tərk etməyiblər. Amerika MN-yi cümə günü İraqda 2500 hərbçinin qaldığını elan etdi.
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP