Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2021

İran: Səhv etsəniz Hayfa və Təl-Əvivi yerlə yeksan edəcəyik

İran silahlı qüvvələrinin generalı Əbulfəzl Şikarçi sionist rejiminin ordu qərargahının son təhdidini psixoloji müharibə adlandıraraq vurğulayıb: “Onlar hələ İran İslam Respublikasının silahlı qüvvələrinin gücünü dərk etməyiblər.”

General Şikarçı əlavə edib: “Sionist rejiminin ordu qərargahının sözləri psixoloji bir müharibədir və əgər düz demiş olsa, onda doğrudan da illüzyadan başqa bir şey deyil.”

“Ali Məqamlı Rəhbərin bundan əvvəl dediyi kimi əgər sionist rejimi İslam Respublikası əleyhinə azacıq bir səhvə yol versə, həm onların İrana hücum üçün planlaşdırdıqlarını dedikləri raket bazalarını vuracağıq, həm də mümkün olan ən qısa bir vaxtda Hayfa və Təl-Əvivi yerlə yeksan edəcəyik”- deyə Şikarçı xəbərdarlıq edib.

General vurğulayıb: “Onlar İslam Respublikasının bacarıqlarından xəbərsizdir. Bir sıra qabiliyyətlər üzə çıxarılmayıb. Onlardan bəziləri təlimlərdə nümayiş etdirilib. Həmin qabiliyyətlərlə mümkün olan ən qısa bir vaxtda Ali Məqamlı Rəhbərin dediyi kimi Təl-Əviv və Hayfan yerlə yeksan olacaq. Onlar səhv etdikləri surətdə öz rejimlərinin dağılmasını görürlər, daha doğrusu öz rejimlərinin dağılmasının vaxtını irəli çəkəcəklər.”

Silahlı Qüvvələrin Baş Qərargahının mətbuat katibi deyib: “Sionist rejimi özünün dağılmasından aşağı bir şeyi ağlına belə gətirməsin və gələcəkdə hansı planları çəkməsi barədə danışmaq barədə düşünməsin. Hal-hazırda sionist rejiminin dağılması gündəlikdədir. Bu rejim mütləq dağılmalıdır. Bögədəki bu xərçəng şişi dağılmalıdır, çünki müsəman ümmətinə çox ziyanlar vurmuşdur.”
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP