Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2021

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 29 yaşlı Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu məlum olub.

Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan, itkin düşdüyü ehtimal edilən Tural İsayevin şəhid olması artıq təsdiqini tapıb.

Ailənin yeganə övladı olan mərhum hərbçimizin nəşi bu gün Siyəzən rayonuna gətiriləcək və doğulduğu Yenikənd kəndində torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!
631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP