Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2021

"WhatsApp"dan növbəti yenilik

Gizliliyin paylaşılması qərarından sonra dünya miqyasında sərt tənqidlərə məruz qalan "WhatsApp" tətbiqindən gələn daha bir həmlə təşviş yaradıb.

Şirkət tətbiqin veb və kompüter versiyasına yeni özəllik əlavə edib.

Belə ki, istifadəçilər tətbiqi yeni başqa bir kompüterdə açmaq üçün biometrik təsdiq seçimindən istifadə etməli olacaq.

Telefonların xüsusiyyətinə görə dəyişən bu yeni "təhlükəsizlik təbəqəsində" istifadəçilər barmaqizi və ya üztanıma sistemindən keçməli olacaq.

Yəni bu günə qədər QR kod oxudaraq "WhatsApp" Web-i aça bilən istifadəçilər barmaqizi və ya üztanıma əlavə edə biləcəklər.

Yeni 2 təhlükəsizlik təbəqəsi əlavə edildikdən sonra QR kod oxutma təkbaşına işləməyəcək.

Tətbiqin yenilikləri istifadəçilərin sərt reaksiyasına səbəb olub. Belə ki, yeniliklə şirkətin barmaqizi və biometrik üz formalarını müxtəlif tərəflərə ötürəcəyi düşünülür.
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP