Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2021

Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.

DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.

Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya gəlib.

A. Məmmədovun cənazəsi keçən gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib.

Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb.
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP