Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2021

BƏƏ ABŞ agentlərini pulla özünə işlədib - NYT

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçiləri BƏƏ üçün Qətərə qarşı kiberhücumlar edib.

Bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Nəşr yazır ki, 2014-cü ildə Əbu-Dabi rəhbərliyi yüksək maaş vəd edərək agentliyin işçilərini öz tərəflərinə çəkib:

“Agentlik işçiləri BƏƏ adına bölgə ölkələrinə kiberhücumlar həyata keçiriblər. Hücumlar əsasən, Qətərin kral ailəsindən tutmuş FİFA rəhbərlərinə kimi, BƏƏ-nin düşmən kimi gördüyü bütün şəxslərə və təşkilatlara edilib.

Bundan başqa, kiberhücumlar zamanı agentlik işçilərinin "radarına" ABŞ-ın yüksək səviyyəli rəsmilərinin yazışmaları da düşüb”.
706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP