Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2021

Baydendən Trampa qadağa: ABŞ tarixində bir ilk...

ABŞ-ın eks-prezidenti Donald Trampın kəşfiyyat məlumatlarına girişinə qadağa qoyulub.

Bu barədə ABŞ Prezidenti Co Bayden CBS telekanalına açıqlamasında deyib.

Bayden bildirib ki, həssas məlumatları gizlətmək mövzusunda Trampa güvənmək olmaz:

“Artıq Trampın kəşfiyyat məlumatlarına girişinə qadağa qoyulub. Bu qərarı qəbul etməyimizə səbəb Trampın qeyri-adi davranışları oldu”.

Qeyd edək ki, ABŞ-da prezidentlərin vəzifədən getdikdən sonra da kəşfiyyat məlumatlarını əldə etmək imkanı daim var.

Tramp vəzifədən getdikdən sonra kəşfiyyat məlumatlarını əldə edə bilməyən ilk prezident olacaq.
715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP