Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2021

Rusiya ən güclü gəmisini Norveç sərhədinə göndərdi

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Fort”, “Osa” və “Vulkan” raketləri ilə təchiz olunmuş “Marşal Ustinov” kreyseri Barents dənizində, Norveç ərazi sularının yaxınlığında görünüb.

Bu barədə Norveçin “Barents Observer” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, rus gəmisi atış təlimlərindən qayıdarkən qeyri-adi yol seçib və Norveçin Varyaq körfəzindəki ərazi sularının lap yaxınlığına qədər gəlib.

Qeyd edək ki, “Marşal Ustinov” Sovet dönəmində silahlanmaya qəbul edilməsinə baxmayaraq, hələ də Rusiya ordusunun ən güclü zərbə gəmilərindən biri sayılır.
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP