Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2021

İranda yerli peyvəndin sınaqlarına başlanıldı

İranda koronavirus əleyhinə “Razi Cov Pars” yerli peyvəndin kliniki sınaqlarına başlanılıb.

“Razi” dərman şirkəti tərəfindən istehsal olunan peyvəndin klinik sınaqlarının ilk mərhələsinə Tehranda start verilib.

“Razi” şirkətinin rəhbəri Əli İshakinin sözlərinə görə, sınağın birinci mərhələsi 133 könüllü üzərində aparılacaq. Peyvəndin ikinci dozası 21 gün sonra vurulacaq. 51 gündən sonra isə peyvənd burun vasitəsilə tətbiq olunacaq.

Bundan əvvəl hökumət dekabrın 29-da başlayan ilk İran peyvəndi COVIRAN Bereketin klinik sınaqlarının ilk mərhələsinin uğurla başa çatdığını bildirmişdi.
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP