Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2021

Quterreş: “Yəməndə hər 10 dəqiqəyə bir uşaq ölür”

Birləşmiş Millətlər Təşkilatının baş katibi Səudiyə rejiminin koalisiyası tərəfindən davam edən təcavüz səbəbindən Yəməndəki humanitar vəziyyətin pisləşdiyinə dair xəbərdarlıq edir. Antonio Quterreş bazar ertəsi yəmənli uşaqların çoxsaylı sağlamlıq risklərinə məruz qaldıqlarını və hər 10 dəqiqədə bir yəmənli uşağın münaqişədə və ya xəstəlikdən öldüyünü qeyd edir.

Parstoday-in verdiyi xəbərə görə, Quterreş Yəməndəki münaqişənin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayaraq, Yəməndəki humanitar vəziyyətin son dərəcə çətin olduğundan humanitar təşkilatların proqramlarını dayandırmağa məcbur olduqlarını bildirib. BMT-nin baş katibi Yəmənə xüsusi humanitar yardımın kəsilməsinin fəlakətli olduğunu söyləyərək, bunun yəmənli uşaqlar üçün ölümcül olduğunu bildirib. Quterreşin sözlərinə görə, Yəmənə sülh gətirməyin yeganə yolu, dərhal atəşkəsin bərpa edilməsi, daha sonra siyasi proseslərin inkişaf etdirilməsidir. BMT-nin baş katibi mühasirə nəticəsində yəmənli uşaqlarının aclıq yaşamasına toxunaraq 400.000 yəmənli uşağın aclıqdan əziyyət çəkdiyini və dərhal müalicə edilməsə ölə biləcəyini deyib./deyerler/
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP