Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2021

ABŞ ordusunu İraqdan buna görə çıxarıb - Sprinqman

ABŞ İraqdakı hərbi qüvvələrini Suriyanın təbii sərvətlərini talan etmək üçün Suriyaya göndərir. Başda İsrail olmaqla, digər bölgə ölkələri ABŞ-ın talan etdiyi qaynaqlardan yararlanır.

Bunu ABŞ-ın keçmiş diplomatı Mişel Sprinqman deyib.

ABŞ-ın yüzlərlə əsgərini Suriyanın şimalında yerləşən, təbii qaynaqlarla zəngin Hasekə şəhərinə göndərdiyini qeyd edən Sprinqman bunun ölkəsi üçün adi bir şey olduğunu vurğulayıb:

"Bu addım 25 min hərbçinin mühafizəsi altında and içən Co Bayden administrasiyası ilə əlaqəlidir".

Qeyd edək ki, ötən ilin son ayında ABŞ-a məxsus hərbi karvan Hasekə şəhərindəki Harab əl-Cəzir aerodromuna yerləşib.
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP