Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2021

Yəmənli günahsızların ahı Ərəbistanı tutdu, səhvən öz qüvvələrini bombaladı

6 ildir ki, Yəməndə yaşayış binalarını, bazarları, qaçqın düşərgələrini, ümumi məkanları, məktəbləri, sərnişin avtobuslarını, toy və yas mərasimlərini bombalayaraq günahsız insanları qətliam edən cinayətkar Ərəbistan bir neçə gün əvvəl Məaribdə öz hərbi qüvvələrini bombalayıb.
Hərbi mənbənin Kəsarə bölgəsindən verdiyi xəbərə görə, Ərəbistan qırıcıları səhvən öz koalisiya qüvvələrini bombalayıb. Bu hadisədə 19 hərbçi məhv olub, onlarla silahlı yaralanıb.
“Əl-Yəməni” informasiya mərkəzinin verdiyi xəbərə görə, təcavüzkar koalisiya qüvvələrinə aid hərbi mənbə öz açıqlamasında bildirib ki, Ərəbistan bu hadisəni gizlətməyə çalışır və öz tabeliyində olan hərbçilərə bu hadisənin Ənsarullah dronları tərəfindən edilən hücum nəticəsində baş verdiyini deyir.
Bu səhv, Ərəbistan qırıcılarının ilk səhvi deyil, belə ki, bundan əvvəl də belə hadisələr baş verdiyi üçün koalisiya komandirləri öz narahatlıqlarını bildiriblər.
704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP