Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2021

Zərif İngiltərəyə Vyana görüşü ilə bağlı tövsiyə etdi

Dünən (şənbə) İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ingiltərəli həmkarı Raab Dominik arasında telefon danışığı baş tutub.

İngiltərə tərəfinin istəyi ilə baş tutan bu danışıqda tərəflər nüvə razılaşması və müştərək komissiyanın Vyanada keçiriləcək toplantısına aid bir sıra məsələləri müzakirə ediblər.
İran xarici işlər naziri bu danışıqda Amerikanın İrana qarşı ədalətsiz və qeyri-qanuni sanksiyalarının tam şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayaraq bildirib ki, sanksiyalar aradan qaldırıldıqdan sonra, İran onu sınaqdan keçirəcək, bundan sonra öz öhdəliyimizə qayıdacağıq.
Zərif nüvə razılaşmasının üzvü olan avropalı tərəflərində tövsiyə edib ki, öz öhdəliklərinə hörmətlə yanaşsınlar və Vyana toplantısında konstruktiv mövqe göstərsinlər.
İngiltərə xarici işlər naziri də bu danışıqda müzakirələrin səmərəli olmasına səy edəcəyini deyib.
Dünən İran və Fransa xarici işlər nazirləri arasında da telefon əlaqəsi baş tutub. Zərif bu barədə öz Tvitter səhifəsində yazıb:
“Bu gün telefon əlaqəsində Fransa xarici işlər naziri Jan İv Lö Draina tövsiyə etdim ki, gələn həftə Vyanada keçiriləcək iclasda nüvə razılaşması ilə bağlı konstruktiv mövqe sərgiləsin. Fransadan istədim ki, nüvə razılaşmasındakı öhdəliyinə hörmətlə yanaşsın və ABŞ tərəfindən tətbiq edilmiş qeyri-qanuni sanksiyaların icrasının dayandırılmasına səy göstərsin.”
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP