Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2021

İranda maraqlı olay: İki aşiq 32 ildən sonra bir-birinə qovuşdu

Cümə günü toyları olacaq Kiyumərs və Turan erkən yaşlarından bir-birini seviblər və 32 il vüsal həsrətində qovrulublar. Artıq Kiyumərsin 50, Turanın isə 44 yaşı vardır.

Tarixin nadir sevgisini yaşamış Kiyumərs bu haqda deyib:

18 yaşım olanda bibim qızına elçi getdik, lakin iki ailə arasında irəli gələn problemlər bizim izdivacımıza mane oldu. O gündən ardıcıl olaraq elçi getdik, lakin hər dəfə bibim “yox” dedi.
Hətta 2004-cü ildə tez-tez elçi getdiyimə görə, məndən şikayət etdilər. Dedilər ki, ya bu sevgidən əl çək, ya da zindana get. Mən zindanı seçdim.

Bu 32 il ərzində bibim qızı da bütün elçilərini qaytarırdı.
Dəfələrlə el ağsaqqalları və böyüklərlə birlikdə elçiliyə getdim, onları vasitəçi etdim ki, bəlkə məsələ həll ola, lakin həll olmurdu. Bibimin əl-ayağını da öpdüm, yenə razılıq vermədi. Bir neçə ay bundan əvvəl kəndimizin zəhmətkeş imam camaatı mənə dedi ki, Allaha təvəkkül edib, bir də sənə görə elçi getmək istəyirəm. Dedim ki, mən sənin xatirini çox istəyirəm və sənə hörmətsizlik olunmasına razı deyiləm. Dedi ki, sən bu əziz şəban ayında dua et, mən də bütün səyimi göstərəcəyəm.
İmam camaat və kənd əhalisindən 200 nəfərlə birlikdə elçiliyə getdik.
... Beləliklə, 32 illik intizar sona çatdı.

Teymuri öz hislərini də bölüşərək deyib:

Bilmirəm öz hissimi necə vəsf edim. İndi mənim 50 yaşım var. Bəlkə də sizin üçün qoca görünürəm, amma bir neçə gün əvvəl bibim qızı mənə “bəli” deyəndə, elə bildim bütün dünyanı mən verdilər və mən 18 yaşıma qayıtdım. Bibim qızı nikah əqdindən sonra 32 ildə ilk dəfə olaraq mənə: “bu uzun illərdə səni sevirdim və sevirəm, əgər lazım gəlsəydi yenə də gözləyəcəkdim” dedi.
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP