Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2021

İraqda hərəkat lideri: “Səudiyyə və BƏƏ İraq xalqının qanını tökdüyü üçün üzr istəməlidir”

İraqdakı Əsaib Əhləl Haqq hərəkatının baş katibi Qeys Əl-Xəzəli ABŞ, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin hərəkətlərini tənqid edərək, bu ölkələrə etimad etmədiklərini vurğulayıb.

Qeys Əl-Xəzəli Seyid Məhəmməd Baqir Sədrin şəhid olmasının qırx birinci ildönümü münasibətilə çıxış edərək, Səudiyyə rejimi və BƏƏ-nin İraq xalqının qanını tökdüyü üçün üzr istəməli olduğunu vurğulayıb: “Səudiyyə və BƏƏ İraqla yeni səhifə açmaqda ciddidirlərsə, terroru dəstəklədiyinizə və İraq xalqının qanını tökdüklərinə görə üzr istəməlidirlər”.

İraqın Səudiyyə və BƏƏ-dən pislik və məhv olmaqdan başqa heç nə görmədiyini bildirən Qeys Əl-Xəzəli, belə danışıb: “BƏƏ və Səudiyyənin girdiyi hər bir ölkənin məhv, öldürmə və vətəndaş müharibəsindən başqa bir taleyi olmadı.

Ər-Riyad və Əbu Dabiyə etibar etmək asan deyil.

Bu ölkələr üzündən çox qan və şəhid verdik ... Təkcə Səudiyyə İraq xalqı arasına özünü partladan beş min kamikadze göndərdi”.

Körfəz ərəb dövlətləri tərəfindən “İraqı məhv etmək və sabitliyi pozmaq üçün” milyardlarla dollar xərcləməsini tənqid edən İraq rəsmisi, Ər-Riyadın öz müftilərinin intihar bombaları ilə bağlı fətva verməməsi üçün heç bir addım atmadığını söyləyib.

O, BƏƏ-nin İraqa qarşı hərəkətlərinin çox təhlükəli olduğunu qeyd edərək, Əbu-Dabinin İraq seçkilərini öz maraqlarından çıxış edərək manipulyasiya etməyə çalışdığını söyləyib.

Qeys Əl-Xəzəli çıxışının başqa bir hissəsində ABŞ-ın işğalçı qüvvələrinin İraqda qanunsuz mövcudluğu məsələsinə toxunub: “İraqda ehtiyac duymadığımız Amerika qoşunları məqbul bir müddətdə İraqı tərk etməlidir.

ABŞ-ın öz qoşunlarını çıxarmaq mövzusunda ciddi olmadığı təqdirdə, bu qəbuledilməz olacaq”.

İraqın Əynul Əsəd bazasının ABŞ-ın hərbi bazasına çevrildiyini tənqid edən İraq rəsmisi, Əynul Əsədin statusunu dəyişdirmədən müxtəlif başlıqlar altında İraqa qaytarılmasının aldatma olacağını vurğulayıb: “ABŞ-ın hərbi varlığının həqiqətən sona çatacağını sübut etmək üçün praktik fəaliyyətə ehtiyacımız var. 2500 Amerika əsgəri məqbul bir qrafiklə yola salınmalıdır”./deyerler/
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP