Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2021

AİP sədr əvəzinin mühakimə olunmasının pislənilməsi haqda - Bəyanat

Bismillahir-Rəhmanir-Rəhim

«یُرِیدُونَ لِیُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ کَرِهَ الْکَافِرُونَ»

“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.” (“Saff” surəsi, ayə 8)

Müsəlman rəhbərlərinin məqam və şəninin qorunması ən önəmli məsələlərdən olduğu bir halda çox təəssüf ki, Azərbaycan Respublikasında tanınmış ruhani Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş və cinayət məcəlləsinin 274-cü maddəsi (vətənə xəyanət və xarici ölkələrə casusluq etmək) ilə mühakimə olunmuşdur.

Təəssüflər olsun ki, dünyanın ikinci şiə ölkəsi sayılan Azərbaycanda hökumət öz müsəlman xalqının dini potensiallarını təbliğ etmək, ondan ölkənin işğal olunmuş ərazilərinin tamamilə azad edilməsi və Qarabağ münaqişəsi kimi problemlərin həll olunması istiqamətində düzgün faydalanmaq əvəzinə, islamçılar və şiə liderləri ilə mübarizəyə qalxmışdır. İkinci Qarabağ müharibəsi təcrübəsi və erməni işğalçılarına qarşı döyüş cəbhəsində islamçıların hüseynçi, coşqun və geniş iştirakı, hansı ki, işğal olunmuş ərazilərin böyük hissəsinin azad edilməsi ilə nəticələndi– aydın şəkildə sübut etdi ki, İslamın əsil təlimlərinə arxalanmaqla və şiə cavanlardan kömək almaqla Azərbaycanın bütün problemlərini, o cümlədən Qarabağ münaqişəsini asanlıqla həll etmək olar.

Azərbaycan Respublikasında keçmişi olan islamofobiya siyasətlərinin davam etdirilməsi və islamçı liderlərin həbsi, onların ortadan götürülməsi kimi müxtəlif təzyiqlərin tətbiq edilməsi İslam düşmənlərinin, o cümlədən ABŞ və işğalçı sionist rejimi, onların muzdlu əlaltılarının puç təlqinləri əsasında baş tutur. Bu siyasətlər, xüsusilə müqavimət cəbhəsinin böyük sərkərdəsi Hacı Qasim Süleymaninin şəhadətindən sonra, hansı ki, Qərbi Asiyada ABŞ və sionist rejimin imperialist və təcavüzkar siyasətlərinə qarşı müsəlman ümmətlərin günü-gündən artan birliyinin şahidi olmuşduq– qabaqkından daha çox izlənilir.

Sözsüz ki, irəli sürülmüş əsassız və uydurma ittihamlar, dövlət ittihamçısının ağır və qəbuledilməz cəza tələb etməsi tək bir şəxsə qarşı deyil, bir növ İslam və bütün müsəlmanlara qarşı hücum sayılır. Ona görə də bütün İslam ümməti və dünyanın bütün azadlıqsevərləri bu məsələyə etiraz etməlidir.

Biz Azərbaycan hökumətinin bu cür qeyri-insani və anti-İslam hərəkətlərini pisləyir, Hacı İlham Əliyevin və həbsdə olan bütün islamçıların dərhal və qeydsiz-şərtsiz azad edilməsini istəyirik.

Habelə, dünyanın bütün insan haqları təşkilatlarını, insan haqları fəallarını, İslam dünyasının tanınmış simalarını və bütün azadlıqsevərlərini Azərbaycan hökumətinin qanunsuz və insan haqlarına zidd əməllərini pisləsləməyə, Azərbaycan Respublikasının dindarları və islamçılarının azadlığı üçün bütün səylərini göstərməyə çağırırıq.

Ərdəbil əyalətinin İslam Təbliğatı Baş İdarəsi, Elmi hövzələri, alim və din xadimləri, universitet müəllimləri və tələbələri, mədəni fəalları, dini və ictimai qurumları tərəfindən
aprel 2021
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP