Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2021

İran Prezidenti: Sionist rejimin hüzuru region üçün təhlükəlidir

İran prezidenti doktor Həsən Ruhani ilə Qətər əmiri Şeyx Təmim bin Həməd arasında telefon söhbəti baş tutub. H. Ruhani Qətər əmiri və xalqını mübarək Ramazan ayının başlanması münasibətilə təbrik edib, Tehran-Doha münasibətlərinin bütün sahələrdə genişlənməsinə təkid edib.
Prezident Ruhani Qətərin regional mövzular barədə mövqeini alqışlayıb, bölgədə yaranan böhranların, o cümlədən Yəmən böhranın danışıqlar yolu ilə həll edilməsini vurğulayıb.
İran prezidenti sionist rejimin regionda hüzurunu təhlükəli adlandıraraq deyib: “Regionda sülh və əmin-amanlığa nail olmaq üçün yol yalnız qarşıya çıxan mövzuların dinc vasitələrlə həlli, məsuliyyətli olmaq, kütləvi maraqları nəzərə almaqdır. Belə inanırıq ki, hərb yolu bölgənin problemlərini həll edə bilməz.”
H. Ruhani Vyanada baş tutan son nüvə danışıqlarına və Amerikanın nüvə razılaşmasına qayıtmaq fikrində olmasına toxunaraq vurğulayıb: “Yeganə yol Amerikanın nüvə razılaşmasına qayıtması, bütün sanksiyaları ləğv etməsi və BMT TŞ-nın 2231 nömrəli qətnaməsi əsasındakı bütün öhdəliklərə əməl etməsidir. Amerika bu addımı atarsa, İran da öz öhdəliklərinə qayıdacaq.”
Qətər əmiri də mübarək Ramazan ayının daxil olması münasibətilə təbriklərini bildirməklə yanaşı, iki ölkə arasında bütün sahələrdə münasibətlərin, xüsusilə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və dərinləşməsinə təkid edərək deyib: “İki ölkə öz münasibətlərini inkişaf etdirmək üçün bütün potensiallarından istifadə etməlidir.”
Şeyx Təmim bin Həməd qeyd olunan mövzuların, habelə ikitərəfli və regional məsələlər barədə yaxından müzakirə və fikir mübadiləsi aparılması üçün İran prezidentini Qətərə dəvət edib.
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP