Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2021

Ramazan ayının başlaması ilə Ərəbistanın yəmənli uşaqlara qanlı bomba hədiyyəsi - 2 uşaq həlak oldu

Yəmən mənbələrinin verdiyi xəbərə görə, Ərəbistan Ramazan ayının ilk günündə Yəmənin Sədə əyalətini bombalayıb.
“Əl-Məsirə” telekanalı bildirib ki, cinayətkar Ərəbistanın Rəqu bölgəsini bombalaması nəticəsində 2 uşaq həlak olub. Habelə, 2-si qadın olmaqla 4 nəfər yaralanıb.
Qeyd edək ki, Ərəbistan artıq 7 ildir ki, Yəmən xalqına qarşı təcavüz və cinayətlərini davam etdirir. Xalq etirazlarının ardınca istefa verərək ölkədən qaçmış sabiq prezident Mənsur Hadini yenidən hakimiyyətə gətirmək bəhanəsi ilə başladığı bu hücumda Ərəbistan xalqın müqavimətini qırmaq məqsədilə əsasən ictimai məkanları, bazarları, məktəbləri, yaşayış binalarını, qaçqın düşərgələrini, sərnişin maşın və avtobuslarını, toy və yas mərasimlərini bombalamış, on minlərlə günahsız insanı qətliam etmişdir. Bundan əlavə, Yəməni tam mühasirədə saxlamaqla bu ölkədə aclıq və bir çox öldürücü xəstəliklərin yayılmasına səbəb olmuşdur.
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP