Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2021

Raket Dimonada - Sionist rejimlə qarşıdurma qaydaları dəyişir

“Rəy əl-Yəvm” qəzetinin baş redaktoru tanınmış analtik sionist rejiminin atom təsisatı yaxınlığına raket atılmasına münasibət bildirərək strateji dözümün bitdiyini vurğulayıb.
Abdulbari Ətəvan yazıb: “Dimonaya atılan raket qarşıdurma qaydalarının dəyişdiyini müjdə verə bilər. Bu raket bütün köhnə tənliklərin dağıldığını nümayiş etdirdi.”
Analtik əlavə edib: “Belə nəzərə gəlir ki, strateji dözüm sona çatmışdır və bəzi ərəblərin güvəndiyi dəmir günbəzlər əfsanələrinin uydurma olduğu sübuta yetdi. Qəsəbə sionistlərinin vəhşət içində sığınacaqlara qaçdığını görənlər mənim nə dediyimi başa düşürlər. Müqavimət öz təsirini göstərir və izzət zamanı çatmışdır.”
Qeyd edək ki, bu gün Suriya ərazisindən sionist rejimin Dimonada yerləşən atom stansiyasının yaxınlığı raketlə vurulmuşdur. Sionist rejimi ordusu hava hücumundan müdafiə sisteminin yer-hava tipli bu raketi izləyə bilməməsini bildirib.
“Əl-Ərəbiyyə” telekanalı da bildirib ki, sionist rejimi ordusu raketi izləmək üçün iki dəfə cəhd edib, lakin hər dəfə uğursuz əməl edib.
“Sky News” xəbər verib ki, sionist rejiminin müharibə nazirliyi hava hücumundan müdafiə sisteminin raketi izləyə bilməməsinin səbəbini araşdırır.
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP