Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2021

Çexiya Moskvadan üzr istəməlidir - Slutski

Çexiya münasibətlərin korlanmasına dair addımlar atdığına görə Moskvadan üzr istəməlidir. Moskva ilə dialoqun bərpası üçün bir neçə il tələb oluna bilər.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski Çexiya Prezidenti Miloş Zemanın bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya-Çexiya münasibətləri bir neçə pillə aşağı düşüb, SРutnik V vaksininin tədarükünə dair danışıqlar dayandırılıb, dialoqun bərpası üçün illər lazım ola bilər:

"Miloş Zemanın bəyanatı bir daha sübut edir ki, Praqa Rusiyaya qarşı ittihamlar irəli sürmək üçün real əsaslara və sübutlara malik olmayıb. Görünür, bütün bu tədbirlər dünya ictimaiyyətinin diqqətini Belarusda dövlət çevrilişi cəhdindən yayındırmaq üçün informasiya pərdəsi rolunu oynayıb. ABŞ-ın və bütünlükdə Qərbin əsl simasını gizlətmək üçün kiminsə yenə də diplomatik müharibəyə ehtiyacı var. Amma burada uduzmuş tərəf Çexiya oldu, çünki Rusiya sərt və ani cavab verdi".
754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP