Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2021

Sepah komandiri: Sionist rejiminin dağılması üçün bütün şərait mövcuddur

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri sionist rejiminin zərərverici əməllərinin cavabsız qalmadığını deyib.

General Hüseyn Səlami bu gün (bazar ertəsi) “Əl-Məyadin” telekanalına verdiyi müsahibəsində deyib: “İran İslam Respublikası hər hansı şər əmələ həmin səviyyədə, yaxud ondan daha ağır cavab verəcək.”
Sepah komandiri əlavə edib ki, sionistlərin bölgədə çirkin əməlləri onlar üçün əks nəticə verəcək və gələcəkdə real təhlükə ilə üzləşəcəklər.

General vurğulayıb: “Əgər sionistlər öz cinayətlərini davam etdirsələr, süquta daha çox yaxınlaşacaqlar, xüsusilə də sionist rejimin dağılması üçün bütün şərait mövcuddur.

Ötən günlərdə gördünüz ki, onların şər əməlləri cavabsız qalmadı və işğal etdikləri ərazilərin daxilində necə bir sıra hadisələrlə üzləşdilər. Sözsüz ki, bu hadisələr sonra da təkrarlana və genişlənə bilər.”
Qeyd edək ki, bir neçə gün əvvəl sionist rejiminin KİV-ləri Neqevdə, o cümlədən Beer-Şevada və “İsrail”in mərkəzində partlayışların baş verdiyini xəbər verdilər.

Sionist rejimi ordusu bəyanat yayaraq Suriyadan atılmış “Yer-hava” raketinin Neqevə (Dimona nüvə stansiyasının yaxınlığına) düşdüyünü və hava hücumundan müdafiə sisteminin bu raketi izləyə bilməməsini açıqladı.
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP