Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2021

Daha bir hərbçimizin nəşi tapıldı

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin meyiti tapılıb.

7 aylıq axtarışlardan sonra bu gün kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətovun nəşi tapılıb.

Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib.

Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin.
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP