Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2021

İşğalçı İsraildə etirazçılar sionist bayrağını endirib Fələstin bayrağı qaldırdı...

“HƏMAS” Təl-Əvivə Əl-Əqsa məscidindən çıxmaq üçün 2 saat vaxt verdi...

Gecə boyu iğtişaşlar yalnız Qüdsdə deyil, işğalçı İsrailin bir sıra qarışıq və sırf ərəb şəhərlərində də davam edib.

Vadi Ara şəhərində yanğın törətdiklərinə və sionist polislərə müqavimət göstərdiklərinə görə 13 nəfər nəzarətə alınıb.

Hayfada qiyamlarda iştirak etdikləri üçün 15 ərəb saxlanılıb.

Lod şəhərində ərəblər işğalçı İsrail bayrağını yerə endirərək əvəzinə Fələstin bayrağını asıblar. Polis daşqalaq edilib. Atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. 



Bu arada “RİA Novosti”nin yaydığı məlumata görə, “HƏMAS”-ın hərbi qanadı olan “Əl-Qəssam” briqadası İsrailə qoşunlarını Əl-Əqsa məscidi ərazisindən çıxarmaq üçün iki saat vaxt verib.
“Düşmən Əl-Əqsa məscidində ibadət edənlərin mühasirəsini dayandırmasa, iki saat ərzində cavabımızı gözləsin”-deyə hərəkat nümayəndəsi bildirib.
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP