Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2021

Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır

İranda prezident kürsüsünə namizədlərin qeydiyyatı mayın 11-də başlayacaq.

İRNA agentliyi xəbər verir ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkisi iyunun 18-ə təyin edilib.

Prezident seçkisində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz.

Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-27-də açıqlanacaq.

Namizədlər bundan sonra, mayın 28-dən iyunun 16-a qədər seçkiqabağı təbliğat-təşviqat kampaniyası apara biləcəklər. İyunun 17-də və səsvermə günü, yəni iyunun 18-də təşviqat qadağan ediləcək.
753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP