Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2021

Əl-Qəssam: Təl-Əviv və Dimonanı raket atəşinə tutmaq bizim üçün su içmək kimidir

İzzəddin Əl-Qəssam Briqadalarının mətbuat katibi Əbu Ubeydə vurğulayıb ki, bizim ödədiyimiz bədəl Məscidül-Əqsa və Qüdsün fədasıdır. Məscidül-Əqsa və Qüds olmadan bizim həyatımızın mənası yoxdur.
Əbu Ubeydə əlavə edib: “Qüds, toqquşmaların mehvəri və açarıdır. Bu döyüş bizə deyir ki, Qəzzə, İordan vadisi, Qüds və 1948-ci ildə işğal edilmiş Fələstinin taleyi və müqaviməti birdir.”
“Əl-Məyadin”-in verdiyi xəbərə görə, Əl-Qəssam sözçüsü deyib: “Bu döyüşdə qan axıdılmasının yeri vardır. Çünki bizim uca məqsədimiz vardır. Bu döyüşü digər qiyamlardan fərqləndirən mövzu işğalçılarla mübarizədə və bütün səhnələrdə Fələstin xalqının vəhdətidir.”
Əbu Ubeydə 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərində və İordan vadisində yaşayan fələstinliləri ön cəbhənin müdafiəçiləri adlandırıb və onlara müraciət edərək deyib: “Bizim silahımız sizin silahınız, bizim qanımız sizin qanınız, bizim taleyimiz sizin taleyinizdir.”
O, sionist rejiminə də səslənərək deyib: “Bütün dünya sizin məyus və rüsvay olduğunuzu gördü. Sizin qorxaq nümayişinizə baxmayaraq bütün dünya bizim hücumlarımız altında əzilən rejiminizi görür.
Əgər Məscidül-Əqsa əleyhinə təcavüzlər davam edərsə, Təl-Əviv, Dimona, Aşkelon, Aşdod və ondan uzaqları da raket atəşinə tutmaq bizim üçün su içməkdən daha asan olacaq.
İstədiyinizi edin və bütün gücünüzü işə salın. Biz də sizin üçün müxtəlif növ ölümlər hazırlamışıq ki, özünüzə lənət oxuyacaqsınız.”
1163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP