Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2021

Xalid Məşəl: İrandan məmnunuq

HƏMAS-ın Fələstindən xaricdə siyasi ofisinin xarici rəhbəri Xalid Məşəl “Rusiya əl-Yəvm” Xəbər Agentliyinə Fələstində baş verən hadisələr barədə geniş müsahibə verib.

Xalid Məşəl müsahibəsinin bir hissəsində HƏMAS-ın İran İslam Respublikası ilə münasibətlərinə toxunub və ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “İran fələstinlilərin hüquqlarının yanında dayanmışdır və HƏMAS bu mövqeyinə görə İrana təşəkkürünü bildirir.”

Ofis rəhbəri atəşkəslə bağlı sualı belə cavablandırıb: “Təcavüzü başlayan kəs onu dayandırmalıdır. Sionist rejimi Məscidül-Əqsadan çıxmalı, sionistləri də oradan çıxartmalı, Qəzzəyə hücumları dayandırmalı, habelə Şeyx Cərrah məhəlləsinin sakinlərinin çıxarılmasından əl çəkməlidir.”

X. Məşəl müqavimətin silahları barədə də sualı cavablandırıb, bu silah və raketlərin qıraqdan gəlmədiyini, Qəzzə daxilində istehsal olunduğunu bildirib.
1178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP