Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2021

Lənkəranda ana əməliyyatdan sonra öldü

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Hadisə bu gün səhər saatlarında baş verib.

Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-i səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.

Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Qeyd edək ki, F.Yaqubzadənin yeni doğulan körpəsindən başqa 2 övladı da var. O, ikinci övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
1065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP