Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2021

HƏMAS: 1 dəqiqədə yüzlərlə 200 km-lik raketlər buraxa bilərik

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Yəhya Sinvar bu gün Qəzzədə daxili və xarici jurnalistlərin iştirakı ilə müsahibə verib.

“Əl-Məyadin” telakaalının bildirdiyinə görə, Y. Sinvar Məscidül-Əqsaya misilsiz dəstək verdiklərinə görə, İordan Vadisi sakinlərini, 1948-ci ildə işğal edilmiş Fələstin ərazisində yaşayan fələstinliləri, Beytül-müqəddəs sakinlərini, habelə Fələstindən köçkün düşənləri salamlayıb, fələstinlilərin yanında olan dünaya KİV-lərinin hərəkətlərini alqışlayıb.

12 günlük Qəzzə müharibəsinə toxunan lider deyib: “Müqavimət qüvvələri hər dəqiqədə 100-200 km mənzilli yüzlərlə raket sionist düşmənə tərəf atmağa qadirdir. Müharibənin son saatında Təl-Əvivə 300 raket ata bilərdik, lakin Qətərin atəşkəs layihəsinə hörmətlə yanaşaraq, bu işi etmədik.”
Y. Sinvar vurğulayıb ki, işğalçılar Məscidül-Əqsaya hörmətsilik etdikdə, müqavimət öz sözünü dəmir, atəş və raketlə çatdırdı, beləliklə dünya bilsin ki, Məscüdül-Əqsanı qoruyan kişilər vardır.
HƏMAS lideri sionist rejimə səslənərək deyib: “Düşmən bilsin ki, müharibə zamanı baş verənlər kiçik bir manevr idi və əgər sionist rejimi özünü məhv etmək istəyirsə, Beytül-müqəddəs barədəki planını icra etsin.”

Y. Sinvar qeyd edib ki, işğal edilmiş ərazilərdə müqavimətin 10 mindən çox şəhadəttələb qüvvəsi vardır və sionist düşmən Məscidül-Əqsaya təcavüz edərsə, onlar meydana girəcək.
Sionist rejiminin kəşfiyyatının da məğlubiyyətə uğradığını bildirən lider deyib: “Düşmənin iddialarının əksinə olaraq, Qəzzədə 500 km-dən çox tunelimiz vardır. Onlara dəyən ziyan 5 faizdən çox deyil və müqavimətin bütün infrastrukturları salamatdır.”

HƏMAS lideri müqaviməti dəstəkləyən bütün ölkələrə, qruplara və azad insanlara təşəkkür edərək deyib: “İran İslam Respublikasına çox minnətdarıq ki, maliyyə, silah və mütəxəssis cəhətdən heç bir köməyini əsirgəmədi.”
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP