Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2021

Rum qeysərinin müsəlman olması

Rum qeysəri Abbasi xəlifəsinə belə bir məktub yazdı:

“Biz İncil kitabında görmüşük ki, hər kəs həqiqət üzündən onda yeddi hərf olmayan bir surəni oxusa, Allah Taala onu cəhənnəm oduna atmaz. O yeddi hərf bunlardır: sə (ث), cim (ج), xa(خ) , zə(ز) , şin(ش) , za(ظ) , fə(ف) ”.

Biz nə qədər araşdırsaq da Tövrat, Zəbur və İncil kitablarında belə bir surə tapa bilmədik. Sizin səmavi kitabınızda belə bir surə varmı?
Abbasi xəlifəsi bütün alimləri topladı və bu məsələni onlara açdı. Onlar araşdırma və müzakirələr aparsalar da bu suala cavab tapa bilmədilər. Nəhayət, bu sualı İmam Hadidən (ə) soruşmağı qərara aldılar.
Həzrət cavab verib buyurdu: “Bu, Həmd surəsidir. Həmd surəsində bu yeddi hərf yoxdur.”
Həmin yeddi hərfin Həmd surəsində olmamasının hikmətini soruşduqda İmam (ə) buyurdu: “Sə hərfi səbur (həlak olmaq), cim hərfi cəhənnəmin adlarından biri olan Cəhim, xa hərfi xəbis, zə hərfi zəqqum (cəhənnəmdə çox acı və zəhərli meyvəsi olan bir ağac), şin hərfi şəqavət (bədbəxtlik), za hərfi zülmət (qaranlıq) fə hərfi isə bəla və zərərə işarədir”.

Xəlifə həzrətin cavabını Rum qeysərinə yazdı. Qeysər məktubu oxuduqdan sonra çox sevindi. O, İslamı qəbul edib müsəlman oldu və müsəlman olduğu bir halda vəfat etdi.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP