Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2021

İran səfirliyi jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdi

İran Azərbaycanın iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir.

Bunu İranın Azərbaycandakı səfirliyi öz Tvitter səhifəsində paylaşıb.

İran Səfirliyi jurnalistlərin ailələrinə səbr diləyir:

"Əziz şəhidlərin ruhuna rəhmət diləyirik".

Qeyd edək ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP