Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2021

Baydenin Putinlə şəxsən görüşməsi vacibdir - Ağ Ev

Rusiya Prezidenti Vladimir Putinlə görüşə bir təşviq kimi deyil, ABŞ maraqlarını və dəyərlərini qorumağın vacib bir hissəsi kimi baxırıq.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

İki ölkənin bir çox məsələni həll etməli olduğunu söyləyən Sallivan Rusiyanın nəyi planlaşdırdığını başa düşməyin ən yaxşı yolunun sözügedən birbaşa görüş olduğunu bildirib:

"Prezident Bayden üçün harada olduğumuzu dəqiq müəyyənləşdirmək, fikir ayrılıqlarını həll etməyə çalışmaq və irəliləməyə nail olmaq üçün şəxsən Putinlə görüşmək vacibdir".

O qeyd edib ki, sammitin bəzi detalları hələ də hazırlanır.
983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP