Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2021

Sionist rejimi komandiri: Üçüncü Fələstin intifadası başlayıb

Sionist rejiminin “Maariv” qəzeti bu gün (şənbə) hərbi məsələlər üzrə ekspert Alven ben Devidin təhlilini dərc edib. Ekspert xəbərdarlıq edib ki, son qarşıdurmalarda minlərlə fələstinlinin iştirak etməsinin ardınca İordan Vadisində vəziyyət təhlükəli hal alıb. Bu qarşıdurmalar son iki ildə misilsiz olub. Həm də bu, Fələstin Muxtar Hökumətinin vəziyyətə nəzarəti itirməsi ilə eyni vaxtda baş verir.
Sionist ekepert bildirib ki, İordan Vadisindəki son aksiyalarda fələstinlilərin kütləvi iştirakı Təl-Əvivin strateji fərziyyələrini alt-üst edib. Çünki bu fərziyyələrdə deyilirdi ki, Fələstin xalqı artıq yorulub və Təl-Əvivlə əlbəyaxa olmaq istəmir.
Ben David vurğulayıb ki, sionist rejiminin bir sıra komandirləri, o cümldən İordan Vadisinin şimal bölgəsindəki ordu qüvvələrinin komandiri Rovi Taseyfi artıq üçüncü intifadanın şölələndiyinə inanır.
Onun sözlərinə görə, bundan əvvəl fələstinlilər hər həftə bir, ya iki aksiya keçirirdilər. Ancaq indi gündə 4 aksiya baş tutur və onların çoxu sionistlər üçün salınmış Avitar qəsəbəsi ətrafında baş tutur.
Ekspert son aylarda İordan Vadisinin müxtəlif yerlərində baş verən qarşıdurmalarda 35 fələstinlinin sionist rejiminin hərbçiləri tərəfindən qətlə yetirilməsini də diqqətə çatdıraraq, bu hadisənin ötən onilliklərlə müqayisədə misilsiz olduğunu yazıb.
Ben Davidin yazdığına görə, Fələstin Muxtar Hökumətinin zəifləməsi və onun vəziyyətə nəzarəti itirməsinin əlamətləri Təl-Əviv üçün böyük təhlükə sayılır. Çünki bu reallıq HƏMAS üçün İordan Vadisində qapılar açır.
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP