Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2021

Ənsarullah qüvvələri Əl-Qaidənin bir neçə komandirini məhv etdi

Yəmən Ənsarullah Hərəkatına aid qüvvələr Beyda əyalətində Əl-Qaidə terror təşkilatının bir neçə komandirini məhv edib.

Əl-Beyda əyalətindəki yerli mənbələrin bazar günü Yəmən Mətbuat Xidmətinə verdiyi xəbərdə deyilir: “Səna qüvvələri ötən gün (şənbə) gecə saatlarında Əl-Qaidənin Somə cəbhəsində yerləşən bazalarını atəşə tutublar. Nəticədə Zinam şəhərinin Tayab kəndində bir yerə toplaşmış Əl-Qaidə terrorçularından bir neçəsi ölüb və yaralanıb. Onların arasında komandirlər də vardır.”

Bu mənbələr bildiriblər ki, Əl-Qaidə terrorçuları və təcavüzkar koalisiya qüvvələri Ənsarullahın Somə bazasına hücumunda ağır təlafat verib, onlardan ən önəmlisi Əl-Qaidənin Beyda əyalətindəki komandiri Əbuzər Təyyibidir.

Mənbələr əlavə edib ki, Əl-Qaidə komandirləri Yəmən ordusu və xalq komitələrinə hücumu koordinasiya etmək üçün Tayab kəndinə toplaşıblar və Ənsarullaha bağlı xalq komitələri onların toplaşdığı yeri artilleriya atəşinə tutub. Terror təşkilatının məhv edilmiş komandirləri arasında Əl-Qaidənin Moaddiyə əmirliyi üzrə hərbi qolunun komandiri Məhəmməd Hüseyn Cüneydi və digər komandirlər Tofiq Fərvi, Əbdülhəkim Mübarək Qeysi, Osman Əhməd Abdullah Muşədli də vardır.

Ərəbistan koalisiyası Yəmən xalqına qarşı hücumda Əl-Qaidə terrorçularından geniş istifadə edir. Ötən il Yəmən ordusu və xalq komitələri qüvvələri Beyda əyalətində Əl-Qaidəyə qarşı keçirdiyi əməliyyatda çoxlu sayda terrorçunu məhv etdi və onların ələ keçirdiyi ərazilərə nəzarəti bərpa etdi. Yəmən Milli Nicat Hökumətinin daxili işlər naziri Əbdülkərim Husi ötən il iyul ayında “Əl-Məsirə” telekanalına verdiyi açıqlamasında bildirdi ki, əldə edilən məlumatlara əsasən, Ərəbistan koalisiyası yəmənli qüvvələr əleyhinə İŞİD və Əl-Qaidə terrorçularından istifadə edir.
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP