Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2021

Suriya rəsmisi: Beynəlxalq camiə ABŞ və Türkiyənin Suriyada işğalçılığına son qoysun

Suriya hökumətinin Nursultan iclasında müzakirə heyətinin rəhbəri Əymən Susan iclasın nəticəsindən razılıq ifadə etməklə yanaşı, vurğulayıb ki, yekun bəyanat bundan daha yaxşı ola bilərdi.
“Sputnik”-ə açıqlama verən Ə. Susan əlavə edib: “Türkiyə rejiminin Suriyanın şimalında həyata keçirdiyi məkirli planları və onun mənfi rolundan xəbərimiz vardır.”
Suriya rəsmisi beynəlxalq aləmə müraciət edərək deyib: “Beynəlxalq camiə Türkiyənin Suriyanın şimalındakı hüzuruna son qoysun.”
Ə. Susan Türkiyə və Amerikanın Suriyanın torpaqlarının bir hissəsini işğal etməsinə toxunaraq bu işğalçılığı “Suriya böhranının uzun sürməsinin səbəbi” adlandırıb.
Müzakirə heyətinin başçısı Türkiyə və Amerikanın bu ölkənin sərvətini qarət etməsini də diqqətə çatdıraraq deyib ki, Suriya humanitar böhranla üzləşib və bu böhranı yaradanlar ölkənin suverenliyini pozmaq və terrorizmi dəstəkləmək məqsədi güdürlər.
O, habelə bildirib ki, Suriyaya daxil olan humanitar yardımlar zəruri ehtiyacın 50 faizindən azını aradan qaldırır və onların çoxu terrorçulara çatdırılır, beləliklə, terrorçular himayə olunur.
Suriya böhranının həlli istiqamətində Beynəlxalq Astana Konfranısnın 16-cı iclası sülhün təzminatçısı olan 3 ölkənin (İran, Rusiya və Türkiyə), BMT-nin baş katibinin nümayəndəsi, habelə müşahidəçi ölkələr olan İraq və Livanın iştirakı ilə 2 gün müddətində Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilib.
1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
26.08.21, 09:23
Əsirlər karvanı Şamda
Go to TOP