Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2021

Bakıda polis rəisi xidməti otağında intihar edib

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin intihar etdiyi bildirilir. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, o, iyulun 9-da səhər saatlarında xidməti otağında xidməti silahından istifadə etməklə intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da saat 11-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürüb.

Rahib Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP