Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2021

Sionist təhlilçi: HƏMAS-ı nəzarətə almaq, yaxud onunla sazişə getmək qeyri-mümkündür

İsrailli şərqşünas sionist rejiminin HƏMAS-ı nəzarət altına ala bilməyəcəyi qənaətinə gəldiyini etiraf edib.
Kseniya Osutlova bildirib ki, HƏMAS son Qəzzə müharibəsindən qalib tərəf kimi çıxdı.
O, nəşr etdiyi təhlilində vurğulayıb ki, müharibədən sonra bəzi HƏMAS üzvləri ərəb sosial şəbəklərinin ulduzlarına çevrildilər. Lakin indi onlar Qəzzəni yenidən qurmalıdırlar. Beynəlxalq tərəflər Qəzzənin yenidən qurulması üçün 500 milyon dolları HƏMAS-a verməyəcəklər. Ancaq bununla belə, artıq sionist rejiminin siyasətlərinin təsiri yoxdur.
K. Osutlovanın sözlərinə görə, 14 il bundan əvvəl İsrail belə inanırdı ki, “təfriqə sal, hökumət et” siyasəti İordaniya Vadisi və Qəzzə, Fəth və HƏMAS hərəkatları arasında öz təsirini göstərəcək, ancaq indiyə kimi bu siyasət heç bir səmərə verməmişdir.
Sionist şərqşünas yazıb: “İsrail son Qəzzə müharibəsində bir daha bu nəticəyə gəldi ki, HƏMAS-ı nəzarət altına almaq, yaxud onunla sazişə getmək mümkün deyil. Çünki HƏMAS, hədəfi məlum olan ideoloji bir hərəkatdır.”
HƏMAS-ın beynəlxalq qanunilik əldə etməsi ardınca olduğunu bildirən təhlilçi bu hərəkatla yeni müharibənin qaçılmaz olduğunu qeyd edib.
O həmçinin sionist rejiminə və onun müttəfiqlərinə tövsiyə edib ki, HƏMAS-ın Fələstində öz mövqeyini təsbit etməsinə, Fələstin Muxtar Hökuməti ilə danışıqlara girməsinə icazə verməsinlər, bu hərəkata qarşı beynəlxalq təzyiqləri artırsınlar, onun maliyyə təmini mənbələrini kəssinlər, beləliklə Qəzzədə hakimiyyətinə son qoysunlar. Əks təqdirdə Təl-Əviv HƏMAS-la sonu görünməyən qarşıdurmalara girəcək.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
26.08.21, 09:23
Əsirlər karvanı Şamda
Go to TOP