Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2021

Co Baydenin istefası tələb olundu: “Ya qovulmalıdır, ya da...”

Əfqanıstanın paytaxtında 13 amerikalı hərbçinin ölümü ilə yadda qalan terror aktından sonra Respublikaçılar Partiyası ABŞ Prezidenti Co Baydeni istefa verməyə çağırıblar.

Bayden sözügedən partiyanın üzvləri tərəfindən kəskin şəkildə tənqid olunub.

Respublikaçılara görə, ABŞ prezidenti bu faciənin baş verməsinə heç vaxt imkan verməməli idi: “Bu, bizim dərdimizi daha da artırır və anlamağı çətinləşdirir”.

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Haleyin isə baş verənlərə reaksiyası belə olub:

“Bayden Əfqanıstan siyasətinə görə istefa verməli və ya işdən qovulmalıdır. Amma bu bizi ondan on dəfə daha pis olan Kamala Harrislə baş-başa qoyacaq. Tanrı bizə kömək olsun”.
1050 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP