Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2021

Aşura mərasimi koronaya tutulanların sayını artırmadı

İraqın “Əl-Fərat” saytının verdiyi xəbərə görə, İraq Parlamentinin Səhiyyə Komissiyasınn üzvü Həsən Xəlati bildirib ki, gözləntilərin əksinə olaraq Aşura mərasimi koronavirusa yoluxmanın artmasına səbəb olmadı.
H. Xəlati vurğulayıb ki, milyonluq Aşura mərasimindən sonra səhiyyə və hökumət orqanları koronavirusa yoluxanların sayının artacağından narahat idilər. Lakin milyonlarla insanın Aşura mərasimində iştirak etməsinə baxmayaraq, koronaya yoluxanların sayında diqqəti çəkən artım olmadı. Aşura mərasimindən iki həftə ötməsinə baxmayaraq, koronaya yoluxmanın sayı artmır.
O, əhalini səhiyyə protokollarına əməl etməyə və vaksin vurdurmağa dəvət edib.
Bundan əvvəl Kərbəla valisi də dini mərasimlərdən sonra koronavirusa yoluxmanın artmadığını bildirmiş və əhalini dini mərasimlərdə iştirak etməyə çağırmışdı.
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP